“Ölkəmizdə biznes mühiti ilə bağlı çox münbit şərait var”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra
edilib. Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya
qoyulan bütün vəzifələrdə müvəffəqiyyət əldə edilib.

Bu sözləri Publika.aza açıqlamasında millət
vəkili Aydın Hüseynov deyib.

Millət vəkili Dövlət Proqramından irəli gələn vəzifələrin icrası
nəticəsində ölkədə son illərdə yeni iş yerlərinin açıldığını, əmək
haqları və pensiyalarda artımın müşahidə edildiyini bildirib:

“Dövlət Proqramının icrasının yekunlarına həsr edilmiş tədbirdə
çıxış edən Prezident İlham Əliyev uğurlarla yanaşı qarşıda duran
vəzifələrdən söz açdı. Bu tədbirlər nəticəsində ölkədə bir çox
sahələrdə uğurlar əldə edilib. Dünənki görüşdə sahibkarların da
iştirak etməsi dövlət tərəfindən onlara verilən dəstəyin bir
nümunəsidir. Sahibkarlığın inkişaf etdirilməsi üçün ilk növbədə
siyasi dəstək var. Bununla yanaşı qanunvericilik bazası, hüquqi
normativ aktlar mövcuddur. Sahibkarlığın inkişafı üçün onlara
maliyyə dəstəyi var. Onlara həm kreditlər verilir, həm də siyasi
dəstək göstərilir. Xüsusilə kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsi, bu sahənin daha da böyüməsi ilə bağlı bir çox qurumlar
yaradılıb”.

Millət vəkili bildirib ki, ötən ilin sonunda Vergi Məcəlləsinə
edilən dəyişikliklərin mahiyyəti sahibkarlara daha çox dəstək
edilməsindən ibarətdir:

“Ölkəmizdə biznes mühiti ilə bağlı çox münbit şərait var.
Beynəlxalq təşkilatlar da bunu təqdir edir. Dünya Bankının Douing
Business hesabatında ölkəmiz 32 pillə irəliləyərək 25-ci yerə
yüksəlib. Bu inkişafın əsas səbəbi ölkə başçısının sahibkarlığın
inkişafına daim dəstək olmasıdır. Məhz onun tapşırığı ilə nazirlər
və komitə sədrləri sahibkarları qəbul edib problemlərini dinləyir.
Dövlətin əsas strategiyası ölkədə sahibkarlığın sahəsinin daha da
genişləndirlməsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp