Novruz çərşənbələrinin vaxtı açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Novruz çərşənbələrinin vaxtı açıqlanıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə
direktor müavini Xıdır Mikayılovun Publika.az-a
verdiyi məlumata görə, ilk çərşənbə fevral ayının 26-na təsadüf
edir.

“Fevralın 26-da su, martın 5-də od, martın 12-də yel, martın
19-da isə torpaq çərşənbəsi qeyd ediləcək”.

X.Mikayılov bildirib ki, astronomik təqvim üzrə martın 20-si
bayram axşamı, 21-i isə bayram günüdür.

“Təbii ki, bu astronomik təqvimə görə belədir. Lakin xalqımız
bayramı bir neçə gün qeyd edir. Bu il yaz fəsli ölkəyə martın
20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Həmin gün yaz
gecə-gündüz bərabərliyi müşahidə ediləcək. Bundan sonra şimal
yarımkürəsində yaz-yay fəsli, cənub yarımkürəsində payız-qış dövrü
başlayacaq. Adətən, yaz gecə-gündüz bərabərliyi martın 20-21-nə,
nadir hallarda 19-na təsadüf edir”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp