Neymardan pis xəbər – 10 həftə…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Paris Sen-Jermen” komandasının braziliyalı ulduzu
Neymar yenə uzun müddət yaşıl meydançalardan kənarda
qalacaq.

Publika.az xəbər verir ki, ayaq daraqlarından
zədələnən Neymar 10 həftə oyunlara çıxmayacaq. Onun zədəsi müalicə
ilə sağaldılacaq.

Bununla da Çempionlar Liqası 1/16 final mərhələsi çərçivəsində
“Mançester Yunayetd”lə qarşılaşacaq PSJ hər iki matçda Neymarsız
mübarizə aparacaq.

Qeyd edək ki, braziliyalı hücumçu 23 yanvarda “Strazburq”a qarşı
oynadığı kubok matçında xəsarət almış, meydançanı göz yaşları
içində tərk etmişdi.

Neymar bu mövsüm PSJ forması ilə 23 matça çıxaraq 20 qol və 10
məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, bu, Neymarın ilk ciddi zədəsi deyil. O, ötən
mövsüm sağ ayağındakı zədə səbəbilə 11 həftə matça çıxmamışdı.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp