Neft ucuzlaşdı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48
dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan
göstəricidən 1,75 dollar/barel azdır.
Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48
dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan
göstəricidən 1,75 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin son qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da
əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti
57,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki
qiymətdən 1,85 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
son qiyməti 59,71 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən
1,79 dollar/barel azdır.