“Nar”ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın
abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi
“Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, 1 il
ərzində “Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb. Artıma səbəb
yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə
dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi
ünsiyyətin qurulmasıdır.

Qeyd edək ki, “Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV
və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq
dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir.
“Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən
yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə
bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək
azaldırlar.

“Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5
müxtəlif paketdən ibarətdir. “Nar” müştərilərə 50-si HD olmaqla
240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən
yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil
internet və SMS bonusları təqdim edir. “Qutu” istifadəçiləri qeyd
edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər.
Bundan başqa, “Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək
istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner
və Wi-Fi ruterini pulsuz əldə edə bilir.

Qeyd edək ki, “Qutu” Azərbaycanın rabitə bazarında fiber-optik
internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə
təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi “Nar” və “CityNet”
provayderi tərəfindən təqdim olunur. Təkliflərdən yararlanmaq,
əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün
qutu.nar.az saytına daxil
olmaq yetərlidir. Müştərilər “Qutu” xidmətinin özəl müştəri
xidmətlərindən də yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə
saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə
(012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə
fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər
istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə
2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp