İşsizlərə ŞAD XƏBƏR – 16 min nəfərə əmək haqqı veriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“16 min işsiz şəxsin məlumatları DOST İş Mərkəzi
tərəfindən emal olunmaqdadır və onlara yaxın müddətdə əmək haqqı
veriləcək. İşsizliklə mübarizə çərçivəsində bir çox layihə həyata
keçirilir və bu da onlardan biridir. İş axtaran əməkdaşlar yerli
icra orqanlarına müraciət edir və orada növbəyə
durur”.

Publika.az xəbər verir ki, bu sözləri DOST İş
Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOST”u proqramının
icrasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

N.Rəhimov qeyd edib ki, DOST İş Mərkəzinin məqsədi ölkə
ərazisində, xüsusilə regionlarda iş axtaran vətəndaşlara ictimai
işlərə cəlb olunmasıdır. “İctimai işlər əsasən xüsusi bacarıq tələb
etməyən işlərdir. Burada sosial yönümlü, ictimai tədbirlərdə
iştirakdan, abadlıq işlərində iştirakdan gedir. Bu işlərdə şəxslərə
əmək haqqı ödəniləcək. Burada iş axtaran insanlar müvəqqəti işlə
təmin olunur. Bu, işsizliklə mübarizədir, digər tərəfdən ictimai
faydası olan tədbirdir”.

Gülxar
Foto: Elnur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp