Ermənistanın Qarabağda qurduğu seks imperiyası

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Dağlıq Qarabağ” kitabının müəllifi, britaniyalı
araşdırmaçı Harrold Keyn Azərbaycanın işğal altındakı ərazilərində
rastlaşdığı şok cinayətləri qələmə alıb.

Müəllif Ermənistan mafiyasının seks turizminin bazasının məhz
Xankəndində yerləşdiyini yazır və bir neçə günlük səyahəti zamanı
üzləşdiyi hadisələri qələmə alır.

2000-ci ildə BMT-nin Beynəlxalq Uşaq Fondu, Beynəlxalq Miqrasiya
Təşkilatı və ATƏT Ermənistanda qadın və uşaq alveri ilə bağlı
araşdırma aparır, ilkin mərhələdə ciddi faktlar qeydə alınır. Bu,
həyəcanlı idi, lakin aysberqin yalnız görünən tərəfi olaraq real
mənzərə fonunda o qədər də qorxulu deyildi. Çünki fahişəlik, qadın
və uşaq alverinin əsas məkanı işğal altındakı Dağlıq Qarabağ
bölgəsidir. Bu cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən
uzaqda qalan Qarabağdan idarə etmək asandır, bu, həm də cinayətkar
şəbəkəyə sərhədsiz imkanlar tanıyır.

Harrold Keyn Xankəndində “Vallex Bağ” otelinə gəlir və burada
qızları satan Aleks Xaçaturyan onu qarşılayır.

– Mehmanxanada narazı görkəmdə oturan, utanan müştərilər var idi.
Onlar iranlılara bənzəyirdi. Bundan başqa üç qərbli görkəmində kişi
oturmuşdu, Xaçaturyan onlara xüsusi xidmət göstərirdi. “Siz
məmnunsuzunuz, hara gedəcəksiniz”, o danışır, ən nəhayət, “bu gün
axşam sizə qızları göndərim” deyə soruşur.

Ermənistanın mafiyasının seks imperiyasının hüdudları İspaniya,
Böyük Britaniya, Skandinaviya ölkələri və Birləşmiş Ştatlara çatır,
lakin bu imperiyanın başlanğıcı Qarabağdadır. Xankəndində
lisenziyası olan bir neçə gecə klubu var, reallıqda isə şəhərin
gecələri fahişəxanalarla doludur. Aleks təklif edir ki, axşam
onunla Şaumyan meydanında görüşsək, o məmnuniyyətlə real vəziyyəti
bizə göstərəcək. Biz görüşürük və kluba gedirik. Mən qızları
bir-bir keçirəm və sonuncu qıza – Türkmənistandan olan Sofiyaya
yaxınlaşıram. Aleks xəbərdarlıq edir ki, bu qız əsl bəladır, mən
ingilis dilində danışa bildiyi üçün onu seçdim. Aleks narazılıqla
başını bulayır. O, yerli qızların satılmasında maraqlıdır, çünki
bundan ona daha çox faiz qalır. Biz sanki böyük bir bizneslə bağlı
müzakirəyə başlayırıq. Aleks yerli qızlardan birini təqdim edir,
olduqca utancaqdır. Mənim yoldaşım o qızı götürür. Sofiya ilə mənim
otağıma gəlirik. Xankəndində fahişəlik qeyri-qanunidir, lakin seks
ticarəti özünün mükəmməl çağını yaşayır. Qadın dəllalları qızları
əvvəlcə işə götürür, bir qədər istifadə etdikdən sonra ya İrəvanın
gecə klublarına, ya da Qərb ölkələrinə satırlar. Yemək yeyən və
şərab içən Sofiya öz hekayəsini danışır. O, Aşqabaddan kənarda
kiçik şəhərdə yaşayırmış, orada işləyən bir erməni onunla evlənmək
istədiyini deyərək, İrəvana gətirir, lakin əsl faciəsi bundan sonra
başlayır. Erməni İrəvanda onu narkotik qəbul etməyə məcbur edir.
“Mən qışqırır, etiraz edirdim, sonra bacarmadım. Narkotiki bədənimə
yeritdilər, döydülər, dişlərim sındı, xəstəxanaya düşdüm. Daha
sonra məni narkotikdən asılı vəziyyətə saldılar və heroin
qarşılığında nə istədilərsə etdim”, Sofiya danışır. Onun bədəni bir
müddət ən qiymətli əmlak kimi idi, İrəvanda bahalı “Omeqa” klubunda
seks işçisi kimi qəbul olunur, köhnəldikdən sonra Xankəndinin ucuz
fahişəxanalarında özünə yer edə bilir. Bu, İngiltərə Premyer Liqası
kimidir, oynaya bilməyənlər aşağı liqə düşürlər. Sofiya da heroin
iylədiyi üçün tez düşür və aşağı liq olan Xakəndi klublarına
göndərilir. O, mənim otağımda rahat yuxudan sonra tezdən gedir və
ona kifayət qədər nağd pul verirəm. Çox sevinir, lakin biz İrəvanda
onun haqqında Türkmənistan səfirliyinə məlumat verdik.

Keyn yazır ki, Ermənistan və Dağlıq Qarabağda hər bir fahişə
qadının öz hekayəsi var.

– Bir çoxu ucqar kəndlərdən oğurlanıb və cinsi istismara məruz
qalıblar, daha sonra seks işçisi olaraq işləməyə məcbur olublar.
Digərləri kimsəsiz və yoxsulluqdan bu yola düşüb. Və heç kim bu
dəhşətli halın qarşısını almır. Çünki seks sənayesi müəyyən
orqanların himayəsi altında həyata keçirilir və onlar bundan böyük
məbləğdə pullar qazanırlar.

(Məqalənin tam mətni ilə burdan tanış ola bilərsiniz: http://www.narcokarabakh.net/en/stories/ch5).

Faktlar təsdiq edir ki, Azərbaycan torpaqlarının işğalına susan
dünya həm də Ermənistanın böyük seks imperiyasının çiçəklənməsinə
şərait yaradır.

Asif Nərimanlı

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp