Ermənistan nümayəndə heyəti Azərbaycana gəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Çiçəklənən Ermənistan” Partiyasının nümayəndə heyəti
bir gün əvvəl Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə
gəlib.

Publika.az xəbər verir ki, bu haqda “Jamanak”
qəzeti yazıb.

Nəşr qeyd edir ki, səfərin məqsədi qondarma quruma öz dəstəyini
növbəti dəfə ifadə etməkdir.

“Lakin, mümkündür ki, partiya elə vəziyyətə düşüb ki, onun özü
Qarabağ hakimiyyətinin köməyini gözləyir. Amma bu, indiki anda çox
real deyil”, – nəşr yazıb.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” Partiyasına milyarder
Qagik Çarukyan rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp