Erməni polkovnikdən Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Cəbhədəki sakitlik…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Artsax”la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında
hərbi-siyasi ittifaqın bağlanması “Artsax”ın tanınmasını bildirir.
Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib
çıxaracaq”.

Publika.az xəbər verir ki, bu haqda “Tert.am”la
söhbətində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk
Naqapetyan bildirib.

Onun sözlərinə görə, “hərbi-siyasi ittifaq” haqqında müqavilənin
bağlanması ardınca yeni vəziyyət yarada bilər.

“İstisna edilmir ki, müqavilənin bağlanması Azərbaycan
tərəfindən kəskin addımlara gətirib çıxaracaq”, – Naqapetyan
söyləyib.

“Ermənistan müqavilədən asılı olmayaraq, “Artsax”ın əhalisinin
təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürüb. Müqavilənin
bağlanmasına gəlincə, bu, hər şeydən əvvəl onu bildirəcək ki,
Ermənistan “Artsax”ı subyekt kimi tanıyır”, – hərbi ekspert
vurğulayıb.

Təmas xəttində indiki sakit vəziyyətə gəlincə, ekspertin
fikrincə, bunu sülh üçün ilkin şərt hesab etmək olmaz. Onun
sözlərinə görə, vəziyyət istənilən vaxt kardinal dəyişə bilər.
Ekspert hətta indiki situasiyanın gec-tez genişmiqyaslı hərbi
əməliyyatların yenilənməsinə gətirib çıxaracağını əminliyini ifadə
edib.

Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri
Arkadi Karapetyan isə qondarma qurumla Ermənistan arasında
“hərbi-siyasi ittifaq”ın tərəfdarı olduğunu deyib. O, həmçinin
bildirib ki, Dağlıq Qarabağla Ermənistanın “yenidən
birləşdirilməsi” prosesinə başlamağı əhəmiyyətli hesab edir.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ötən
həftə Daşnaksütyun Partiyasının ümumi iclası keçirilib.
Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan
və qondarma Qarabağ rejimi arasında təcili olaraq “hərbi-siyasi
ittifaq” haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan
başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik
barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın
Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli
sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və
Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın
təhlükəsizliyinin və “müstəqilliyinin” qarantı öhdəliyi ilə çıxış
etməsi.

Xatırladaq ki, hələ ötən ilin noyabrında qondarma respublikanın
“təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Ermənistanın
işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimlə
“hərbi-siyasi ittifaq” haqqında razılaşma imzalayacağını bəyan
edib.

“Bu, elə bir sənəd olmalıdır ki, orada Ermənistanın “Artsax
xalqı”nın təhlükəsizliyinin qarantı olması qeyd edilsin. Biz bu
təkliflə Ermənistanın rəhbərliyinə may ayında müraciət etmişik və
təklifimiz qəbul olunub”, – Balasanyan vurğulamışdı.

O qeyd etmişdi ki, Ermənistandakı daxili siyasi hadisələrlə
bağlı “sənəd”in imzalanması təxirə salınıb.

“Ancaq düşünürəm ki, parlament seçkilərindən qısa müddət sonra
bu sənəd imzalanacaq”, – Balasanyan söyləmişdi.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp