Erməni partiyasının çağırışına Azərbaycandan CAVAB: Yeni yollar…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq
Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb. Daşnakların
yeni sədri Armen Rustamyan ərazilərin Azərbaycana qaytarılmasına
qarşı olduqlarını bəyan edib. O bildirib ki, hakimiyyət əraziləri
qaytarmasa, onunla sıx əməkdaşlıq etməyə hazırdırlar. Əks halda, ən
sərt müxalifət olacaqlar: “Ermənistanın inkişafı üçün güzəştə
getməli olduğu deyilir. Lakin biz hesab edirik ki, Qarabağ məsələsi
bizim üstünlüyümüzdür, güzəştə getməməliyik”.

Publika.az-a açıqlama verən sabiq diplomat,
siyasi şərhçi Fikrət Sadıxov bildirib ki, Ermənistanı çıxılmaz
vəziyyətə salan elə “Daşnaksütyun” partiyasının uğursuz
gedişləridir:

“Daşnaksütyun partiyası uzun illər ərzində bütün məsələlərdə çox
radikal mövqe tutub. İstər Türkiyəyə, istər Azərbaycana qarşı
radikal mövqeyi də Ermənistanı gətirib uçurumun kənarına çıxarıb.
İndi “Daşnaksütyun” bu vəziyyətdən çıxmaq istəmirsə, qoy çıxmasın.
Qoy heç bir güzəştə getməsin, qətnamələri yerinə yetirməsin.
Ermənistan hakimiyyətini də tənqid etməkdə davam etsin. Mən təxmin
edə bilmirəm ki, onlar bu niyyətlə nəyə nail olmaq istəyirlər.
Ermənistan onsuz da, yoxsul vəziyyətdədir. Bundan sonra da belə
qalacaq. Ermənistan əhalisinin yarısı ölkədən qaçıb, qalanlarla
nəyə nail olmaq niyyətindədirlər? Əgər “Daşnaksütyun” həqiqətən
Ermənistana belə həyat sürməyi layiq bilirsə, belə də davam
etsinlər. Amma mən bu ifadələrin arxasında başqa bir məqsədlərin
olduğunu sezirəm. Düşünürəm ki, “Daşnaksütyun” vəziyyətdən istifadə
edərək yanıqlı olduqları hazırkı hakimiyyəti tənqid edir. Onlardan
qisas almaq istəyirlər. Lakin siyasətdə belə ifadələrlə nəyəsə nail
olmaq müşkül məsələdir”.

Politoloq qeyd etdi ki, “Daşnaksütyun” Ermənistan-Rusiya
münasibətlərinin son dövrlərdə gərginləşməsindən xüsusilə istifadə
edəcək:

“Əlbəttə, heç kimə sirr deyil iki sözügedən tərəfin
münasibətləri gərginləşməkdədir. Bunu hər kəs görür. Bu da
Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasi kursun
nəticəsidir. Ermənistan müxalifəti də bundan öz maraqların uyğun
şəkildə istifadə edə bilər. Lakin tənqid etməklə məsələ həll
olunmur. “Daşnaksütyun” konkret proqram təklif etməlidir. Yeni
yollar göstərməlidirlər”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp