Dünyanın gündəmini zəbt edən “Arzuolunmaz turistlər”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərəli Doran ailəsi 2 həftəlik Yeni Zelandiya
tətili zamanı etdikləri müxtəlif hərəkətlərlə dünyanın mövzusuna
çevrilib.

Teleqraf.com xəbər verir ki, getdikləri hər yerdə cəmiyyət
qanunlarını pozan 12 nəfərlik ailə ölkədə ”Arzuolunmaz turistlər”
elan edilib.

Hətta bələdiyyə sədri canlı efirdə ailəni təhqir edib.

Minlərcə insan onların ölkəni tərk etməsi üçün şikayət edib.

Ailə getdikləri restoran və kafelərdə hesab ödəməmək üçün dava
salır, yeməklərindən saç və həşarat çıxdığını iddia edirlər.

Çadır qurduqları dəniz sahilində zibilləri yerə atırlar.

Hətta ailənin ən kiçiyi onu xəbərdar edən yerli sakinə hücum
edib.

Medianın marağını çəkən ailə onların şəklini çəkən fotoqrafları
təhdid edib. Fotoqraflardan biri fotoaparatını oğurladıqları üçün
ailədən şikayət edib.

Ailənin bir üzvü silahlı basqın səbəbi ilə həbs olunub, sonra
sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp