DİM 100-dən çox müəllimi bazasından xaric etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dövlət İmtahan Mərkəzinin yeni və təcrübəsi az olan
müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb.

DİM-dən Publika.az-a verilən məlumata görə,
bütün respublika ərazisini əhatə edən təlimlərə 3715
nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 119 nəfər
seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə
iştirak edə bilməyənlər nəzarətçilərin bazasından xaric
ediliblər.

Qeyd edək ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə
keçiriləcək yeni növ test imtahanlarının texnologiyaları, imtahan
materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara
imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah
edilib.

Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək
sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunacaqlar. Bu da onların
seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq
etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü
doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində,
ümumilikdə 14927 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron
bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda
iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də
bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl
seminar məşğələlər keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp