“Dəmir Ledi”nin SSRİ-ni yox etmək planı və Qorbaçovla…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Xoruz yaxşı banlaya bilər, amma yumurtlamaq hər zaman
toyuğun öhdəsinə düşür”
.

Heç bitməyən, tükənməyən qadın gücü, mərhəməti, sevgisi
dünyadan böyük qadın ürəyi olmasaydı, planet də öz oxundan küsərdi.
İnciməyin, kişilər, lakin bildiyim bir aksiom var: yer üzündə nəfəs
alan hər bir canlı, varlığını dəmir ledilərə
borcludur.

Publika.az bu yazıda ledilərin ən dəmirlərinin
birindən bəhs edəcək sizə. “Diştəmizləyən Meggi” ləqəbli Marqaret
Tetçerdən…

Kimin üçünsə eqoizmə bürünmüş ifritə, kiminə görə qadın
qüdrətinin rəmzi, nəhayət ən uzağı nəfəs qədər yaxın edən “dəmir
ledi” silahının ilk sahibi Marqaret Tetçer…

Marqaret Hilda Roberts 1925-ci il 13 oktyabr tarixində Böyük
Britaniyanın Qrentem şəhərində dünyaya gəlib. Marqaretin özündən
böyük Müriel adlı bacısı vardı. Atası Alfred Roberts ərzaq
mağazasının sahibi idi. Bundan əlavə yerli siyasətin inkişafında
yaxından iştirak edir, dini icmanın problemlərinin həllində əməyini
əsirgəmir, həmçinin bələdiyyə şurasına üzvlük edirdi. Hətta bir il
müddətinə Qrentemin meri də seçilmişdi.

Roberts ailəsinin hər iki qızı sərt şəkildə tərbiyə olunurdular.
Bu tərbiyənin cizgiləri gələcəkdə hər ikisinin xarakterinə
hopacaqdı. Hər şeyə rəğmən Albert qızları üçün ideal kişi obrazı
idi. Çünki həm siyasi, həm də iqtisadi savadı, mütaliə sevgisi
övladlarının ona olan güvənini ikiqat artırırdı. Albertin qızlarına
aşıladığı ilk zərif məhəbbət kitab sevgisi idi. O, övladları ilə
şəhər kitabxanasında zaman keçirməyi çox sevər, hətta Marqareti özü
ilə birgə şuranın iclaslarına aparardı. Marqaret səlis nitqini də
məhz bu iclaslardakı çıxışlardan aldığı dərslərə borclu idi.

Meggi hələ ibtidai sinifdən otüstü xokkeylə məşğul olur, piano
dərsləri alır, üzgüçülük və natiqlik mədəniyyətini mənimsəyirdi.
Anasının məişət, mətbəx qayğıları Marqareti maraqlandırmırdı. Atası
Meggiyə əməyə dəyər verməyi və cəmiyyətə tabe olmadan, azad
düşünməyi aşılayırdı. Marqaretin dili də ağlı qədər iti idi. Bu
özəlliyinə görə sinif yoldaşları onu “diş təmizləyən”
çağırırdılar.

Маргарет Тэтчер в иссÐ

Məktəbin son sinfində Marqaret sənədlərini Oksford
Universitetinə təqdim edir. Uğur üzünə gülür, və Kimya fakültəsinə
qəbul edilir. Tələbəlik illərində Marqaretin günləri laboratoriya
otaqlarında keçirdi. Kimyaçı diplomununu alandan sonra isə
Oksfordun Hüquq ixtisasını bitirir.

Meggi hakimiyyətin zirvəsinə pillə-pillə qalxırdı. 1946-cı ildə
Mühafizəkarlar Partiyasının Universitet Assosiasiyasının ilk qadın
sədri təyin olunur. Universiteti bitirəndən sonra da Marqaret
tələbə yoldaşları ilə əlaqəni itirmir. Onun yaxın dostlarından biri
Dartford Assosiasiyasının sədri idi. Komandası ilə birgə seçkilərə
namizədlər axtarırdılar. 1951-ci ildə gənc qız seçkidə iştirak
statusu qazanır. Bu əlamətdar hadisənin şərəfinə təşkil olunan
tədbirdə Marqaret Roberts həyatını kökündən dəyişən kişi ilə tanış
olur. Gənc iş adamı Denis Tetçer ilk baxışdan iddialı Meggiyə
vurulur. Denis yaxşı bilirdi ki, təcrübəsiz, amma kifayət qədər
ağıllı Megginin kişilərin liderlik etdiyi siyasətdə addımlarını
bərkitməsi üçün ailə qurması vacibdir. Odur ki, dünya tarixinin
axınını dəyişən ilk qadına evlilik təklif edir. Marqaretsə
cavabında nümunəvi evdar qadın olmayacağını, bəzən saatlarla,
günlərlə işinin köləsinə çevriləcəyini bildirir. Denis tam
ciddiyətilə bildirir ki, evlilik təklifinin də əsas səbəbi
budur.

Супруги Денис и Маргарет Тэтчер

Miss Robertslə nikah Denisin ikinci evliliyi idi. Təsadüfə baxın
ki, onun ilk xanımının da adı Marqaret olmuşdu. Meggi bu nikaha bir
şərtlə razılıq verir ki, ərinin birinci ailəsindən heç kim xəbər
tutmayacaq. Cütlük sözünün üzərində durur. Marqaretin valideynləri
ölənədək bu sirri öyrənmirlər. Əkiz övladları Mark və Kerrol isə
atalarının keçmişindən 18 yaşları tamam olanda xəbər tuturlar.

Cütlüyün ittifaqını alovlu məhəbbət adlandırmaq doğru olmazdı.
Ümumiyyətlə, Tetçerlərin nikahı məntiq eviliyi idi. Denis tez-tez
səyahət edir, Marqo isə siyasətin girdabına baş vururdu. Onların
birgə danışacaqları ortaq mövzuları da çox az idi. Denis siyasətlə
heç maraqlanmırdı. Bütün bunlara rəğmən, Marqo yaxşı həyat yoldaşı
olmağa çalışırdı. Əri üçün şam yeməyini də özü hazırlayardı. Daha
doğrusu marketdən aldığı yarımfabrikat ərzaqlardan bişirərdi.

С новорожденными бÐ

Marqo dedim, “dəmir ledi”nin qəlbinin ilk və son alovunu
xatırladım:

“Çox gənc idim. Cəmi 19 yaşım vardı. Məni yalnız o, Marqo deyə
çağırardı. Ayrıldıq… Ondan sonra heç kimin mənə Marqo deməsinə
izn vermədim. Səbəbi sizə maraqlıdır? Çünki mən xatirələrə
qayıtmıram, sadəcə məni unudanları unuduram. Artıq 30 il keçmişdi.
Mayamiyə səfər edirdim. Arxamdan kiminisə “Marqo” deyə qışqırdığını
eşitdim. Gözüm əldən düşmüş, əynindəki sökük-tökük paltarına
bürünmüş qocaya zilləndi. Susdum… Tez oteldəki otağıma döndüm.
Haldan düşənədək ağladım, və anladım ki, mən dəmir filan deyiləm,
sadəcə qadınam. “

Çox güman ki, Denis olmasaydı, “dəmir ledi” həqiqətən günü
mətbəxdə keçən evdar qadına, “sadəcə” qadına dönəcəkdi.

Thatcher and her husband Dennis don traditional tribal garb on a visit to Kenya in 1988.

1953-cü ildə Tetçer cütlüyünün əkizləri dünyaya gəlir. O, Mark
adlı oğlu və Kerrol adlı qızını əri və dayənin üzərinə atıb,
yenidən tək ehtirasına- siyasətə qayıdır. İllər sonra Tetçer
ailəsinin yaxın dostu xanım baş nazir haqda belə yazacaqdı:
”Marqaret nə qədər uğurlu siyasi xadimdirsə, bir o qədər də uğursuz
anadır, özü də bunu çox gözəl anlayır.”

Eyni fikirləri Tetçerin qızı Kerrolun xatirələr kitabında oxumaq
olar: ”Bizim ailə ocağımız sevgidən məhrum, büyük dondurucunu
xatırladırdı“.

Bəlkə də buna görə, “buz kraliçası”nın 1979-cu ildə qazandığı ilk
qələbədən sonra övladları ölkəni tərk edirlər. Mark amerikalı tacir
qızı ilə ailə qurub, hələ də anasının sevimli ölkəsi ABŞ-da
yaşayır. Qızı Kerrol isə bir müddət Avstraliyadakı qoyun
fermalarının birində işə düzəlir. Bir neçə ildən sonra isə
jurnalistlik fəaliyyətinə başlayır. Lakin anasının həyatına və
siyasi rifahına xələl gətirməmək üçün bir sıra gəlirli təkliflərdən
imtina etmək məcburiyyətində qalır. Kerrol hələ də ailə qurmayıb.
Deyilənə görə, anasının dəmir xarakteri ona da keçib. Hətta bir
dəfə qaradərili idmançını sərt tənqid etdiyi üçün BBC-də yayımlanan
verilişdən qovulub. Ona bildirilən iradlara baxmayaraq, irqçi
Kerrol üzr istəməkdən boyun qaçırıb.

Маргарет Тэтчер с мужем и взросÐ

Qadın xarakterini göstərəndə ona “ziyankar ifritə”
deyirlər, kişi sərtliyini sübut edəndə isə “ yaxşı oğlan” donu
geyindirirlər.

Karyerasının ilk illərində “satıcı qızı” ləqəbi Meggiyə əməllicə
mane oldu, amma bununla yanaşı məmurlar arasında seçilmək üstünlüyü
də qazandırdı.

Meggi hər şeydə birinciliyə can atırdı. Britaniyaya başçılıq
edən ilk qadın, seçkilərdə 3 dəfə ən çox səs toplayan baş nazir, 11
ildən çox vəzifədə qalan ilk britaniyalı siyasətçi. Kiminçünsə
“millətin anası”, bəzilərinin gözündə “ ifritə Tetçer”… Amma
bütün ittihamları kənara qoysaq, Tetçer ən çətin zamanlarda
Britaniyanın taleyini həll edən nəhəng siyasətçi idi.

1955-ci ildə Marqaret Mühafizəkarlar Partiyasının namizədi
seçilir. 1959-cu ildə isə İcmalar Palatasının üzvü vəzifəsinə
yüksələrək qalib olur. Marqaret ilk ictimai nitqində hakimiyyətə
üsyan etməklə qalmır, mövcud qanun sistemində islahatlar
aparılmasını tələb edir. Çox keçmir ki, “Diş təmizləyən Meggi”
Təqaüd Nazirinin müavini seçilir. Partiya uduzduqdan sonra isə
tikinti məsələlərinin həlli ilə məşğul olmağa başlayır.

Hər gün məişət və təsərrüfat məsələlərini çözən qadın
ölkənin problemlərini də həll etmək iqtidarındadır.

İki il sonra Marqaret yenidən qollarını çırmayıb siyasətin kirli
qablarını yumağa qərar verir. Hakim Leyboristlər partiyasının
siyasətini tənqid edərək, ölkə iqtisadiyyatının talan qalması ilə
bağlı xəbərdarlıq edir. Bununla da kifayətlənməyib parlamentə
toplaşan bütün siyasətçiləri şoka salan növbəti mövzuya toxunur.
Marqaret abortların leqallaşdırılmasının, boşanma şərtlərinin
yumşaldılmasının və vergilərin azaldılmasının səsvermə yolu ilə
qəbul olunmasını tələb edir.

Tetçer ABŞ-ın idarəetmə sisteminə heyran idi, hətta bir müddət
ABŞ-ın Londonda yerləşən səfirliyində yüksək vəzifədə də
çalışmışdı. Elə bu dövrdə gələcək baş nazir dünya siyasi arenasında
at oynadan bir sıra nəhəng siyasətçilərlə tanış olmaq imkanı
qazanmışdı.

1970-ci ildə Mühafizəkarlar Partiyası yenə sükan arxasına keçir.
Ledi Marqaret isə Elm və Təhsil naziri seçilir. Ölkənin büdcəsinə
kifayət qədər qənaət edən nazir xanım məktəblərdə uşaqlara pulsuz
süd verilməsini qadağan edir. Beləcə xalq arasında mənfi imic
qazanır. Xüsusi məktəblərin hamısını bağlatdırır, eyni sistemlə
çalışan adi məktəblər yaradır.

Then-Conservative Party Leader Margaret Thatcher chats with a gun-toting four-year-old in 1976.

Elə bu dövrdə Denis xərçəng xəstəliyinə yenilir. Lakin Marqaret
yeganə sevgisi siyasəti heç nəyə dəyişmir. Əksinə karyerasına daha
çox diqqət ayırmağa başlayır. Öncə Mühafizəkarlar Partiyasının,
1979-cu ildə isə ölkənin başına keçir. Daha bir maraqlı fakt da
odur ki, Marqaret hakimiyyətə gəlməzdən 14 gün əvvəldən pəhrizə
başlayır. Bu müddət ərzində cəmi 28 ədəd yumurta, bol miqdarda
salatla qidalanır. Amma sevimli içkisi viskidən imtina etmir.
Nəticədə 9 kiloqrama qədər çəki atır. Razılaşın, ölkənin birinci
qadınına çevrilmək üçün, 9 kq nədir ki?!

Bir insan haqda ilk 10 saniyə ərzində gəldiyim qənaət
çox nadir hallarda dəyişir.

O, əsas diqqətini xarici siyasətə yönəltmişdi. Ən böyük
arzularından biri də SSRİ-ni süquta uğratmaq idi. Bu yolda ən yaxın
məslək yoldaşı Mixail Qorbaçov idi. Hələ Qorbaçov baş katib
vəzifəsinə təyin olunmazdan öncə Böyük Britaniyaya dəvət olunur.
“Dəmir ledi” kral ziyafətinə dəvət etdiyi Qorbaçovu müxtəlif
üsullarla öz tərəfinə çəkməyi bacarır. Daha sonralar Rusiya
Federasiyasının prezidenti Boris Yeltsinlə də münasibətləri isti
saxlamaq üçün bütün yollara əl atdı. Daha bir maraqlı fakt da odur
ki, Mixailin dünyaya səs salan “Qorbi” təxəllüsünü də ona Tetçer
verib.

Thatcher takes charge of proceedings with Soviet leader Mikhail Gorbachev in 1989.

Böyük Britaniyanın baş naziri vəzifəsi ölkənin daxili və xarici
siyasətinə hakim olmaq deməkdir. Marqaret bu vəzifəyə yüksəlməklə
ondan öncə və sonra baş nazir olmuş bütün kişilərə əsl hakimiyyətin
nə olduğunu sübut etdi. Onun inadkarlığı 3 dəfə ard-arda seçkilərdə
qalib gəlib ölkəni idarə etmək şərəfinə nail etdi. Ən uzun müddətli
baş nazir Tetçer Birləşmiş Krallığın intibah dövrünün rəmzinə
çevrildi.

Nə qədər qəribə səslənsə də, “dəmir ledi” təxəllüsünü Tetçerə
sovet jurnalistlərindən biri vermişdi. “Qırmızı ulduz” qəzetinin
növbəti saylarından birində Tetçer haqda maraqlı məqalə dərc
olunur. Müəllif Yuri Qavrilov öz yazısında SSRİ-yə qarşı sərt
münasibətinə görə xanım Tetçerə “dəmir dama” deyə müraciət edir.
Məqalə tərcümə edilib ingilis qəzetlərində də dərc olunur. “Dəmir
dama” “dəmir ledi” ilə əvəzlənir. Britaniyalılar Tetçerə “tank”
təxəllüsü vermişdilər. Ona verilən adlar xanım Marqareti heç də
narahat etmirdi. Əksinə “Şəxsi iradlara həmişə sevinirəm.
Bu o deməkdir ki, rəqibimin mənə qarşı siyasi arqumenti
yoxdur”
, – deyirdi.

“Dəmir ledi” onu xarakterizə edən sərt sözləri öz xeyirinə
istifadə edərək, bir daha dəmir xarakterini nümayiş etdirirdi.
Hətta növbəti seçim kampaniyasına “Britaniyaya “dəmir ledi”
lazımdır” lozunqu ilə qatılmışdı. Tetçerdən sonra “dəmir ledi”
anlayışı gücünü, ağlını və inadını sübut etməyə çalışan qadınların
həyat prinsipinə, o cümlədən bir terminə çevrildi.

“Yorulanadək vəzifəmi icra edəcəyəm. Nə qədər ki,
Britaniya xalqı mənə ehtiyac duyur, yorulmağa haqqım
yoxdur”

Onun bütün həyatı qadın taleyində dominantlıq edən kişilərə öz
qüvvəsini göstərməklə keçib. “Tank ledi” həyatının 30 ilini ölkəyə
rəhbərlik etmək yolunda atdığı kiçik addımlara sərf edib. Siyasətin
zirvəsinə qalxmaq üçün 3 cəhəti yol yoldaşı olub. Marqaret
təmkinini, sərt xarakterini, məqsədə doğru irəliləmək bacarığını
heç bir kişiyə əzdirməyib, əzməyib. Ölkəni iqtisadi böhranın odlu
ağzından çıxardanda da, müharibələrdə də əzmi ilə digərlərinə örnək
oldu. Britaniyanı sanki hər parçası bir bucaqda itmiş pazl kimi
yenidən topladı. Bu yolda ona dəstək olanların sayı da azaldı.
Çünki “tank ledi” ölkə siyasəti üçün qeyri-ənənəvi üsullardan
istifadə edirdi. Amma zaman göstərdi ki, məhz bu islahatlar
Britaniyaya yeni can verdi.

Bütün kişilər zəifdir.

Baş nazir Tetçerə qarşı dəfələrlə sui-qəsd gerçəkləşdirilib.
Hətta 1984-cü ildə İrlandiyanın ekstremsit ordusu Marqaretin
konfrans keçirdiyi oteldə bomba partladır. Süi-qəsd nəticəsində 5
nəfər dünyasını dəyişir. Tetçerin şansı gətirir və sağ qalır. Hətta
ertəsi gün konfransın yekun iclasını da davam etdirir. Cəsur ledi
bununla hər kəsin ürəyinə yol tapır. Odur ki, 1990-cı ildə
vəzifədən gedən “Tetçer erası” britaniyalıların ən parlaq
xatirəsidir.

Ölkəyə göstərdiyi xidmətlərinə görə “satıcı qızı” müxtəlif orden
və medallara layiq görülmüşdü. Onlardan ən dəyərlisi isə II
Yelizavetta tərəfindən verilən baronessa titulu idi. Belə ki,
1992-ci ildə dəmir ledi Lordlar Palatasına üzv seçilir. Bu
münasibətlə həyat yoldaşı baron, özü isə baronessa tituluna layiq
görülürlər. Krallıq Tetçer cütlüyünü şəxsi gerblə də
mükafatlandırır.

Картинки по запросу meril strip tetcher

Bu günədək “dəmir ledi” haqda bir neçə ekran əsəri ərsəyə
gətirilib. Zənnimcə, onların ən uğurlusu Meril Stripin baş rolu
canlandırdığı “Dəmir Ledi” filmidir. Xatırladım ki, Strip bu
obrazına görə Oskar mükafatına layiq görülüb.

Bir fikrin ucadan səsləndirilməsi üçün kişiyə, bir işin
icra olunması üçün qadına müraciət edin.

Madam ki, kraliçadan danışdıq, gəlin, görək iki dəmir bir
qazanda əriyə bilərmi? Bu iki qüdrətli qadının qarşılıqlı
münasibəti daim dünya mediasının diqqət mərkəzində idi. 1986-cı
ildə “Sunday Times” qəzeti ölkənin iki ən güclü qadını arasındakı
qarşıdurmadan yazırdı. Məqaləyə cavab olaraq krallığın aidiyyatı
nümayəndəsi bu faktı inkar edir. Tetçer vəzifəsindən azad olunandan
sonra isə II Yelizaveta onların arasındakı münaqişəni ağılsız iddia
adlandırır. Marqaret isə öz növbəsində Kraliçanın hakimiyyətə olan
münasibətini doğru adlandırır, amma əlavə edirdi ki, onların
arasındakı münasibətlər yayılan şayiələrlə düz mütənasib idi.

Prime Minister Thatcher chats with Queen Elizabeth II at the commonwealth conference in 1979.

2003-cü ildə Marqaretin əziz dostu, həyat yoldaşı Denis
dünyasını dəyişir. Bir ildən sonra isə Tetçer sağlamlığındakı
problemlərə rəğmən Ronald Reyqanın dəfn mərasimində iştirak
edir.

2005-ci ildə baronessa öz 80 illik yubileyini qeyd edir. Onun
doğum gününə təşrif buyuranlar arasında kral ailəsi, Toni Bleyr
kimi simalar da vardı.

2007-ci ildə Britaniya Parlamentinin binasında xanım Tetçerin
heykəli ucaldılır. “Dəmir qadın” bununla da tarixdə növbəti ilkini
möhürləyir. Belə ki, o ölkə tarixində sağ ikən heykəli qoyulan ilk
baş nazir olur. Həmçinin bürünc heykəl Marqaretin kumiri Uinston
Çörçlin heykəlinin qarşısında durur. Öz heykəlini Palatanın önündə
görüb qürurlanan Tetçer bildirir ki, dəmir material istifadə
olunsaydı, daha çox yerinə düşərdi, amma bürünc də pis deyil.

2002-ci ildə Marqaret bir neçə mikroinsult keçirdir. Müəyyən
müddət xəstəxanada həkimlərin nəzarəti altında qalandan sonra ona
ictimai tədbirlərdən imtina etmək tapşırılır. 2008-ci ildə Palatada
baş tutan ziyafətdə özündən gedir. 2009-cu ildə isə “pambıq”
ledinin qolu çıxır.

Həmsöhbətinlə razılığa gəlmək üçün eyni dildə danışmağın
vacib deyil.

Tetçerin dil tapa bilmədiyi yeganə həmsöhbəti ovuclarından
süzülən zaman idi. Təqaüdə yollanan “tank ledi” geri qalan ömrünü
sakit başa vurmağı düşünmürdü. Tetçer bir neçə memuar yazaraq özünü
yazıçı kimi də sınayır, mövcud siyası vəziyyəti tənqid edirdi.

Marqaretin ömür boyu bir arzusu vardı: hakimiyyətin qoxusunu
ovuclarında duymaq… Amma dəmir ledi unudurdu, bu dünyanın bir
hakimi var, o da ana təbətdir. Uzun illər milyonların önündə
təsirli nitq söyləyən, atdığı hər addımı məntiq tərəzisində ölçən,
dünya kişilərini öz qüdrəti qarşısında baş əyməyə vadar edən
Marqatret Tetçer həyatının son illərində demensiya xəstəliyinə
tutulur. Bu xəstəlik şüurün zəifləməsi, ömür boyu zərrə-zərrə
qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin itirilməsi
ilə müşayiət olunur.

2010-cu ildə Britaniyanın baş naziri Devid Kemeron ledi
Marqaretin 85 illik yubileyinin şərəfinə ziyafət təşkil etmək
istəyir. Lakin Tetçer qrip olduğunu bəhanə edib, öz doğum gününə
qatılmır. 2011-ci ildə Şahzadə Çarli ilə Keyt Middltonun toyuna
dəvət alsa da, xəstəliyi ucbatından iştirak edə bilmir. Bir ildən
sonra sidik kisəsindəki şiş əməliyyat yolu ilə götürülür. 2013-cü
ilin 8 aprel tarixində keçirdiyi insult səbəbi ilə dəmir ledi
torpağa qarışır. Tetçer dünyasını dəyişəndə 88 yaşı vardı.
Maraqlıdır ki, baronessa ölümündən 6 il öncədən dəfn mərasiminə
hazırlıq görməyə başlamışdı. II Yelizaveta ilə daimi münaqişələri
medianın nəzərindən qaçmasa da, dəmir ledi kraliçaya olan
heyranlığını gizlətmirdi. Ona görə də kraliçanın onun dəfnində
iştirak etməsini çox arzulayırdı. Kraliçanın qatıldığı bütün
tədbirlər öncədən planaşdırıldığı üçün təşkilatçılar bunu da nəzərə
almışdılar. Tetçerin məzarında sevimli bəstəkarı Edvard Elqarın
əsərləri ifa olunur. Onu öz istəyi ilə həyat yoldaşı Denis Tetçerin
yanında dəfn edirlər.

Tetçeri sevməyənlərin sayı sevənlərdən çox idi desəm, bəlkə də
yanılaram, amma siyasətin də öz acı həqiqətləri var… Tetçerizmin
qatı düşmənləri “dəmir ledi”nin ölümünü bayram edir “Ding Dong! The
Wicth is Dead” (Dinq Donq! İfritə öldü”) mahnısını oxuyub şəhər
boyu bayram edirdilər. Gülməlisi odur ki, həmin mahnı 2013-cü ildə
Britaniyanın musiqi hit paradlarına liderlik etdi.

By 1986, Thatcher looked pretty comfortable riding in the turret of a tank.

Mənim üçün fərqi yoxdur, istər adın Marqaret olsun, istər Anna,
istərsə də Fatmanın özü… Əziz qadın, sən çox güclüsən. Sənin də
ruhun dəmirdəndir. Yeri gələndə pambıq duyğuların sərt qayaya
çevrilə bilər, unutma! Həyatına hakim ol! Nə qədər ki, nəfəsin
günəşi isidir, tale adlı dünyanı özün idarə et!

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp