Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çin bu il ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə
satış bazarı ünvanına sahiblənəcək.

Publika.az xəbər verir ki, bu barədə
“eMarketer” araşdırma şirkətinin hesabatında qeyd olunur. Şirkətin
mütəxəssisləri güman edirlər ki, cari il ərzində Çində pərakəndə
satışın həcmi 7,5 faiz artaraq 5,636 trilyon dollara çatacaq.
ABŞ-da isə bu sahə üzrə artım 3,3 faiz olmaqla, ümumi rəqəm 5,529
trilyon dollar təşkil edəcək.

Mütəxəssislər Çinin pərakəndə satış bazarında bu cür canlanmanı
əhalinin gəlirlərinin çoxalması və elektron ticarətin
populyarlaşması ilə əlaqələndirirlər. Çin Milli Statistika
Bürosunun məlumatına görə, ölkədə pərakəndə satışın beşdəbirini
elektron ticarət təşkil edir. Təkcə ötən il noyabrın 11-də “Şoppinq
festivalı”nda “Alibaba” şirkəti elektron ticarət platformalarından
31,46 milyard dollarlıq pərakəndə satış həyata keçirilib.
“eMarketer” araşdırma şirkətinin proqnozlarına görə, bu il dünya
üzrə bütün elektron pərakəndə satışın 55,8 faizini Çin təmin
edəcək. Bu rəqəm 2022-ci ildə 63 faizə çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp