Bu xidmətlərə görə rüsumlar artırılır
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
dövlət rüsumları müəyyən edilir, bəzi rüsumların isə məbləğləri
artırılır.
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin
edilməsi nəzərdə tutulur.
Yeni müəyyən edilən dövlət rüsumları ixtira və patenlə
bağlıdır.
Təklif edilən dəyişikliklərə əsasən, patentin dublikatının və
hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi
üçün 10 manat, verilmiş patentlərə dəyişiklik edilməsi üçün 7
manat, ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların
verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçüb 10-25
manat, reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda
dəyişiklik edilməsi üçün 25 manat, patent müvəkkillərinə
şəhadətnamə verilməsi üçüb 10 manat müəyyən edilib.
Yeni layihədə ixtira və patentlə bağlı mövcud rüsümların
artırılması da təklif edilir. (trend)