“Bu mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü
zamanı səsləndirdiyi bəyanat ölkə başçısı tərəfindən münaqişənin
həlli ilə bağlı hər zaman birmənalı şəkildə bəyan edilən
dövlətimizin prinsipial mövqeyidir.

Bunu Trend-ə Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın
sözlərini şərh edərkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: “Bu mövqe BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanır. Bu məsələnin əlavə şərh edilməsinə ehtiyac
görmürəm”.

Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri
Z.Mnatsakanyan mətbuat konfransında Azərbaycan Respubliksının
Prezidentinin şəhid ailələri ilə keçirdiyi görüşü zamanı
səsləndirdiyi “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt
barışmayacaq və Azərbaycan döyüş meydanında öz gücünü göstərib”
bəyanatı ilə bağlı sualı cavablandıraraq bunun təəssüf doğurduğunu
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp