Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər
tikiləcək.

Publika.az xəbər verir ki, bunu Prezident İlham
Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına
həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, məcburi köçkünlərin
problemləri daim diqqət mərkəzindədir: “Keçən il 5800 köçkün üçün
evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər
tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam
etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər
tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı
ilə”.

İlham Əliyev vurğulayıb ki, şəhid ailələrinin və Qarabağ
müharibəsi əlillərinin problemləri də həll olunur: “Keçən il 626
şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il
isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam
etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri
evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə
ev alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp