Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın bir çox əyalətlərində çərşənbə və cümə axşamı
günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
Proqnozlaşdırılan bu soyuqlar müşahidə edilsə, ABŞ Antarktikadan
belə soyuq olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bəzi ştatlarda bu həftə tarixin ən soyuq günlərinin yaşanacağı
bildirilir.

Ən çox şaxta ölkənin mərkəzi və şimal bölgələrində müşahidə
ediləcək. Ölkədə 250 milyon insanın dondurucu hava ilə üzləşəcəyi,
90 milyon insanın isə mənfi temperaturda qalacağı təxmin
edilir.

Çikaqoda küləklə birlikdə temperaturun -50 dərəcəyə enəcəyi
gözlənilir. Rəsmilər Çikaqoda heç vaxt belə soyuqların müşahidə
edilmədiyini deyir. Bu temperaturda 4-5 dəqiqə qalan insanın
donması istisna edilmir.

Soyuq hava kütləsinin ən çox hakim olan şəhərlərdən biri də
Minnesotadır. Burada temperaturun -60 dərəcəyə düşməsi
gözlənilir.

Ölkə ərazisində 1550-si Çikaqodan olmaqla 2700 uçuş təxirə
salınıb.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp