“Bibi” ləqəbli narkotacirə AĞIR CƏZA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində
təqsirli bilinən “Bibi” ləqəbli Sənubər Lütfəliyevanın barəsində
olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş
tutan prosesdə hökm oxunub.

Sənubər Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

stintaq orqanı tərəfindən Sənubər Lütfəliyevanın barəsində
Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik
vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını
hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və
ya satma) və 240.1-ci (narkotik vasitələrə və ya psixotrop
maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri
satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə,
saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları
hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma)
maddələri ilə ittiham elan edilib.

Ötən il avqustun 29-da Nəsimi rayon Polis İdarəsinin
narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və
satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində
paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov
tutulub.

Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop
maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə
narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən
aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları
tərəfindən İmran İsgəndərova narkotik vasitələri satmaqda şübhəli
bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyev də saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan
43 büküm heroin aşkar edilərək götürülüb.

Sənubər Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik
vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

“Bibi” ləqəbli Sənubər Lütfəliyeva istintaqa verdiyi ifadəsində
bildirib ki, 3-4 ildir heroin alqı-satqısı ilə məşğul olub.

Onun sözlərinə görə, narkotik vasitələri tanımadığı adamdan
alıb.

Sənubər Lütfəliyeva bildirib ki, bir qram narkotik vasitəni 4
yerə bölüb və hər birini 10 manata satıb: “Narkotik vasitələri öz
evimdə satırdım. Uşaqlar da gələrək narkotik vasitəni evdən
götürüdülər”.

Digər saxlanılan İmran İsgəndərov qeyd edib ki, “Kubinka”
deyilən ərazidə narkotik vasitəni Sənubər Lütfəliyevadan alıb: “20
manat pul verdim, iki büküm “mal” aldım. Malı alandan sonra bir az
aralaşdım, bu zaman polislər məni tutdular. Ara-sıra narkotik
vasitələri Sənubər xanımdan alırdım”.

Digər təqsirləndirilən İmran İsgəndərovun barəsində olan cinayət
işi ayrıca icraata götürülüb.

İlkin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp