Beş nüvə dövləti Pekində razılaşa bilmədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Nüvə beşliyi” ölkələri Pekində yekun bəyanatı
uyğunlaşdırmaqdan imtina ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin
başçının müavini Sergey Ryabkov Pekində “nüvə beşliyi”nin görüşündə
çıxışı zamanı deyib.

O, vəziyyəti çox ciddi adlandırıb.

“Narahat olmamaq mümkün deyil ki, bütün bu hadisələr “nüvə
beşliyi” üzvlərinin arasında qarşılıqlı etibarın defisitinin
dərinləşməsi fonunda baş verir. Bu, sözügedən format üçün
görünməmiş çağırışdır. Vəziyyət o qədər ciddidir ki, bu dəfə hətta
biz yekun bəyanatın uyğunlaşdırılmasından imtina etməli olduq”, –
rusiyalı diplomat söyləyib.

Sergey Ryabkov qeyd edib ki, dünyada konflikt potensialının
səviyyəsi təhlükəli həddə çatıb.

“Beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət sabitləşmədi,
əksinə, pisləşməyə davam edir. Konflikt potensialın səviyyəsi çox
təhlükəli həddə çatıb”, – diplomat vurğulayıb.

Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik ölkələrin
qeyri-formal birləşməsidir. Onun tərkibinə Rusiya, Çin, Böyük
Britaniya, ABŞ və Fransa daxildir.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp