Bakıda yüksək vəzifəli ALİM VƏFAT ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanlı alim, professor Amerika-Rusiya İşgüzar
Şurasının (ARİŞ) daimi üzvü, Bakı Nobel İrsi Fondunun sədri Toğrul
Bağırov 65 yaşında dünyasını dəyişib.

Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. 1976-cı ildə
SSRİ XİN-in nəzdində Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunu bitirib. 1990-cı ilə qədər SSRİ XİN-də, SSRİ-nin
ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib.
Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq
konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq
və energetika nazirinin xüsusi müşaviri, “Qazprom”, “LUKoil”,
“Transneft”, “Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi
işləyib. T.Bağırov 90-cı illərin ortalarında “Əsrin müqaviləsi”
razılaşdırılanda Rusiyanın enerji maraqlarının təminatı üçün
vasitəçilik edən əsas şəxslərdən biri olub. “LUKoil”un bu
müqavilədən 10 faiz pay alması və Rusiyanın Azərbaycan neftinin
Bakı-Tiflis-Ceyhan marşrutu ilə nəqlinə razılıq verməsi onun
xidmətləri hesab olunur.
Fransanın keçmiş prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri
çərçivəsində Fransa səfirinin iqamətgahında azərbaycanlı tanınmış
iş adamı və xeyriyyəçi, Moskva Beynəlxalq Neft Klubunun prezidenti,
Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri
üzrə baş eksperti olan Toğrul Bağırovu “Fəxri legion” ordeni ilə
təltif edib. Bağırov bu mükafata Rusiya-Fransa enerji
əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq
görülüb. Bu, Toğrul Bağırovun aldığı ikinci ali beynəlxalq mükafat
olub. . 2010-cu il dekabrın 10-da o, Stokholmda İsveç kralı XVI
Karl Qustavın əmri ilə Azərbaycanda Nobel qardaşları irsinin bərpa
edilməsi sahəsindəki xidmətlərinə görə 1-ci dərəcəli “Qütb Ulduzu”
ordeni ilə təltif edilib.(RealTV)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp