Bakıda sərxoş halda dəhşətli qəza törədən sürücü HƏBS EDİLDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu
Səbail rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat
yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir
ki, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən
həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi
törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb
edilib.

Belə ki, yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində
1980-cı il təvəllüdlü Bəxtiyar Əliyevin sərxoş halda idarə etdiyi
“Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı
avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü
Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq sonuncunun ölümünə səbəb
olması və hadisə yerindən qaçması faktına görə rayon Polis
İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş
halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və
264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə
cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri
nəticəsində B.Əliyev yanvarın 28-də şübhəli şəxs qismində tutularaq
müdafiəçi ilə təmin edilməklə dindirilib.

Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb
olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham
elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan
tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp