Bakı sakinini “Niva”ya oturdub başına oyun açdılar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən
xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət
edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində
N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə
mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını
bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini
törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər.
Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis
əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp