“Bakcell” “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil
İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə təşkil
olunan “Milli KSM Mükafatı 2018″ mükafatına layiq
görülüb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın,
Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Asan Xidmət və Milli Məclis üzvləri, bır sıra
qeyri-hökumət və özəl təşkilatların təmsil olunduğu Münsiflər
Heyəti Bakcell şirkətini “Gənc sahibkarlara dəstək üzrə ilin
layihəsi” nominasiyasında mükafatlandırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli
Konfederasiyası, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin
Bakı Konqres Mərkəzində təşkil etdiyi mükafatlandırma mərasimində
2018-ci il ərzində həyata keçirilmiş uğurlu KSM layihələrinin
seçilməsi üçün baş tutmuş müsabiqə, uğurlu KSM layihələri və
Azərbaycanda bu sahənin inkişafı haqqında danışılıb.

“”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə
mükafata layiq görülmüş “Öz biznesinə başla və təkmilləşdir”
layihəsi “Bakcell”in əz uzunmüddətli tərəfdaşlarından biri olan
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının himayəsində böyümüş
və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes
ideyalarını reallaşdırmaq məqsədilə icra olunur. Layihədə iştirak
edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini
qurublar. Biz 2019-cu ildə də növbəti eyniadlı layihəni həyata
keçirəcək və daha çox gəncə dəstək olacağıq”, deyə Bakcell
şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar
Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“Bu il 10 yaşını qeyd edəcəyimiz “Bakcell Stars” KSM proqramı
ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət
proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğiya
ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların
yaradılması və onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə
yanaşı ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların və valideyn
himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və
gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura
bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının
yaxşılaşdırılmasıdır. Bakcell şirkətinin bu istiqamətdə uğurlu
fəaliyyəti davamlı xarakter daşıyır və biz çox şadıq ki, uşaq və
gənclərə göstərdiyimiz dəstək öz bəhrəsini verir”, deyə Süheylə
Cəfərova əlavə edib.

Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq
Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində
valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan
uşaq və gənclərə öz dəstəyini göstərir. Həmçinin, 2010-cu ildən
bəri “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata
keçirilən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi və digər iri
sosial layihələr vasitəsilə Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə
vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya
olunmaları üçün əlindən gələni edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp