“Azercell”in Mobil Göz Klinikası Ağdama səfər etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Valideyn himayəsindən məhrum uşaqlarda, eləcə də ahıllar
və aztəminatlı ailələrdə göz xəstəliklərinin müayinəsinin təşkili
və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə “Azercell
Telekom” MMC tərəfindən yaradılan “Mobil Göz Klinikası” bu ilin ilk
səfərini Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam
orta köçkün məktəbinə edib.

Yanvar ayında təşkil olunan səfərdə 38 nəfər uşaq pulsuz göz
müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin
olunub, eləcə də eynəklər paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə
tədbirləri Azercell-in dəstəyi ilə“Xəzər Qayğıkeşlik Layihəsi”
ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili
ərzində layihə çərçivəsində “Mobil Göz Klinikası” Bakı şəhərindəki
bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni
zamanda klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə
ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər
çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini
uşaqlar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp