Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ – Bacısının azyaşlı qızına təcavüz etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli
hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum
edilib.

İttihama görə, R.Mehdiyev azyaşlı bacısı qızına təcavüz edib. O,
azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına
şikayətindən sonra R.Mehdiyev həbs edilib.

İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət
Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı
seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə
ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp