Azərbaycanda 30 min işsizlə müqavilə bağlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bu il 30 min işsizin ictimai işlərdə əmək haqqının
ödənilməsi üçün dövlət büdcəsindən 80 milyon manat ayrılıb. Artıq
16 min işsizlə müqavilə imzalanıb”.

Publika.az xəbər verir ki, bu sözləri DOST İş
Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOST”u proqramının
icrasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

N.Rəhimov bildirib ki, hər bir işçi üçün 200-300 manat əmək haqqı
müəyyən edilib.

“Bura onların işsizlikdən sığortalanması, pensiya fonduna
ödənişləri də daxildir. Nəzərə almaq lazımdır ki, bu işçilər bütün
gün ərzində çalışmır. İctimai iş olduğundan bəzən günün müəyyən
saatları və ya həftənin müəyyən günlərində çalışır”.

N.Rəhimov bildirib ki, hazırda Bakıda 3 min işsizin sosial işə cəlb
edilməsi üçün müqavilə imzalanıb:
“Gələcəkdə bu şəxslərin sayının 5-6 minə çatdırılması nəzərdə
tutulur. Bu şəxslərə əmək haqqı bank kartı vasitəsilə
ödəniləcək”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp