Azərbaycanda 21 yaşlı oğlanın DƏHŞƏTLİ SONU
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
keçirdikləri tədbirlərlə Lənkəran rayonu ərazisində ağır cinayət
törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Publika.az-a verilən
məlumata görə, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı
Nüvədi kənd sakini 21 yaşlı Şadman Balayevin kəsilmiş-deşilmiş
xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq
orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin
polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq
tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri
nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə
şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək
saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam
öldürmə) ilə cinayət işi başlanılıb.