Amerikanın İranla bağlı hədəfi… – Rusiya eksperti HƏR ŞEYİ AÇDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Gina Haspel
etiraf etdi ki, İran texniki olaraq nüvə sazişinə riayət edir, amma
bu, ABŞ-ın İran barəsində siyasətini dəyişdirməyəcək.

Publika.az xəbər verir ki, bu haqda “Sputnik”
radiosunun efirində rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun Ərəb və islam tədqiqatları Mərkəzinin
aparıcı elmi işçisi Boris Dolqov “Sputnik” radiosunun efirində
bildirib.

“ABŞ İrana çoxdandır ki, təzyiq siyasəti tətbiq edir. Bu, Barak
Obama administrasiyasında da belə idi. Amma bu siyasət Donald Tramp
dövründə daha da gücləndi, İran barəsində siyasət daha sərt oldu,
bütün istiqamətlərdə təzyiq artdı. Bu bəyanatlar da bu tendensiyanı
təsdiq edir. Bundan başqa, ABŞ burada İsrail ilə birgə hərəkət
edir. Xatırladım ki, İsrailin maraqlarının müdafiəsi ABŞ-ın
strateji məsələsidir. Bunu Amerika rəhbərləri dəfələrlə
bildiririblər. İndi biz Suriyada İsrail-İran qarşıdurmasının
güclənməsini müşahidə edirik, İsrail Suriyada iranmeylli güclərin
olduğu rayonları bombalamağa davam edir”, – Boris Dolqov deyib.

Onun fikrincə, ABŞ-ın İranın maksimal zəiflədilməsinə
yönəldilmiş addımları davam edəcək.

“İranın nüvə proqramı üzrə öhdəliyi yerinə yetirməsi barədə
bəyanata gəlincə, ABŞ-ın fikrincə, Tehran bunu guya investisiyaları
almaq və Qərb üçün təhlükə yaradan hərbi gücünü artırmaq üçün edir.
Bu, əvvəlki siyasətin davamıdır: Tehrana təzyiq, sanksiyaların
gücləndirilməsi… Hədəf İranın maksimum zəiflədilməsi, həmçinin
Suriya böhranı ilə bağlı vəziyyətdə mövqelərə ciddi zərbənin
vurulmasıdır”, – ekspert yekunlaşdırıb.

Qeyd edək ki, MKİ-nin başçısı İranın hazırda texniki olaraq nüvə
sazişinə riayət etdiyini və bunun sayəsində Avropa İttifaqından
investisiyaları almağa ümid etdiyini bildirib. Onun sözlərinə görə,
Tehran bu sazişin icrasından çəkilmək imkanına malik olmaq üçün
tədbirlər görür.

Xatırladaq ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilər
(Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyulun
14-də İranın çoxillik probleminin nizama salıması haqqında tarixi
razılaşmaya nail olublar. Razılaşdırılan Birgə hərtərəfli İş Planı
BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqinin İrana qarşı
tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə
tuturdu.

Ancaq ABŞ ötən ilin mayında İranla nüvə proqramı razılaşmasından
çıxdığını və bu ölkəyə qarşı bütün sanksiyaların bərpa olunacağını
elan etdi.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp