Allahşükür Paşazadədən patriarxa MÜRACİƏT – Rusiyada məscid inşa edilsin

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün
Rusiyanın Patriarxı Kiril ilə görüşüb.

“Report”un Rusiya bürosunun məlumatına görə, Müqəddəs Danil
monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı
münasibətlərdən danışaraq, Patriarxa qardaş deyə müraciət edib.

O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ
münaqişəsi Kirilin sayəsində dini münaqişəyə keçmədi: “Bu işdə
sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və
Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində
əlinizdən gələni edəcəyinizə inanıram”.

A.Paşazadə həmçinin Moskvada azərbaycanlılar üçün məscid inşa
olunması ilə bağlı Rusiya patriarxına müraciət edib: “Sizdən xahiş
edirəm ki, bir qardaş kimi, Moskvada azərbaycanlılar üçün məscid
tikilməsinə yer ayrılsın. Bu bizim münasibətlərin inkişafına təkan
verəcək”.

Görüş davam edir. Görüşün sonunda mətbuata açıqlama
veriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp