Acundan Şeymaya BÖYÜK ZƏRBƏ: yaşadığı 13 milyon avroluq VİLLANI…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tv8 kanalının direktoru Acun Ilıcalı Şeyma Subaşına
hədiyyə etdiyi 13 milyon avroluq villanı satışa
çıxarıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, cütlüyün boşanma protokoluna əsasən villa Acuna qalmalı
idi. Odur ki, Şeyma Subaşı Acunla evli ikən yaşadığı villanı
boşaltmağa və qızı ilə özü üçün daha sadə mənzil axtarışına
başlayıb.

O da iddia olunur ki, Acunun evi satmasının səbəbi Şeymanın
boşanma protokolunda yazılan qaydaları pozması olub. Belə ki,
qaydalara əsasən Şeyma ilə Acun münasibətləri barədə heç bir
açıqlama verə bilməzdi. Şeyma isə “Hurriyet”in məşhur jurnalisti
Aşye Armana bu barədə geniş müsahibə verib. Odur ki, Acun bu
maddəni pozan Subaşını cəzalandırmaq qərarına gəlib.

Məlumat üçün bildirək ki, Acun dəniz mənzərəli villanı Şeymaya
toy hədiyyəsi olaraq almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp