ABŞ və Rusiyanın CANFƏŞANLIĞI: Qarabağ ətrafında nə baş verir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son günlər Azərbaycan-Ermənistan arasındakı Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair dünya güclərinin aktivliyi
nəzərə çarpır. Xüsusilə, Rusiya və ABŞ məsələnin müzakirəsi ilə
bağlı müxtəlif təkliflərlə çıxış edir, gündəmdə Qarabağın statusu
ilə bağlı fikirlərə, müzakirələrə yer verirlər. Supergüclərin
Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü təkliflər arasında
“Lavrov planı” və “Bolton planı” diqqət çəkir. Həmin dövlətlər bu
təkliflər paketində öz maraqları rakursundan çıxış edərək
tərəflərin razılığa gəlməsini tövsiyə edirlər. Bu da o deməkdir ki,
illərdir ölü nöqtəsindən tərpədilməyən Qarabağ münaqişəsinin
həllinə dair qlobal miqyasda addımlar atılır.

Politoloq İlqar Vəlizadə Publika.az-a
açıqlamasında bildirib ki, son dövrlərdə Qarabağ münaqişəsi ilə
bağlı danışıqlar özü özlüyündə aktivləşib:

“Tərəflər artıq hansısa konstruktiv ortaq məxrəcə gəlməyə nail
olublar. Hər halda, danışıqlar prosesinin və tərəflərin
açıqlamaları bunu göstərir. Daha çox Azərbaycan tərəfi və ATƏT-in
Minsk qrupunun həmsədrlərinin açıqlamaları göstərir ki, ortaq
məxrəcə gəlinir. Lakin razılıqların reallaşması təkcə münaqişə
tərəflərinin yox, supergüclərin də maraqlarından asılıdır. Amerika,
Rusiya, eyni zamanda Fransanın bu istiqamətdə rolu önəmlidir. Bu
ölkələrin məsələyə müştərək reaksiyasından da çox şey asılıdır.
Çünki bu ölkələr Minsk qrupunda təmsil olunurlar və onların ortaq
reaksiyası münaqişənin həllində rol oynayacaq.

Maraqlıdır ki, adıçəkilən ölkələrin maraqları Ukrayna, Suriya və
digər münaqişələrlə bağlı məsələlərdə üst-üstə düşmür. Ancaq elə
məsələlər də var ki, Rusiya, həmçinin, Amerikanın mövqeyi
bir-birinə yaxındır. Məsələn, Şimali Koreya. Bu ölkənin nüvə
proqramları ilə bağlı tədbirləri Rusiya və Amerikanın
yanaşmalarının yaxınlaşdırdı. Eyni məntiqlə, Qarabağ münaqişəsinin
həlli ilə bağlı aparılan danışıqlarda da eyni reaksiyanı müşahidə
edə bilərik. Lakin bunun dərəcəsini yaxın zamanda görəcəyik.
Danışıqlar prosesinin gedişatı bu ölkələrin mövqeyini də açıq-aydın
ortaya qoyacaq. Əgər proses müsbət tendensiya ilə davam etsə, onda
demək olar ki, Amerika və Rusiya bu məsələdə ortaq mövqe ilə
hərəkət edəcək”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp