ABŞ tarixinin ƏN BÖYÜK MƏĞLUBİYYƏTİ: İran qalib çıxdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair
1300 səhifəlik hesabat hazırlayıb.

Publika.az xəbər verir ki, 2003-2018-ci illərdə
İraqda ABŞ-ın hərbi fəaliyyətini əks etdirən hesabatda İrana dair
şok ifadələr işlədilib. İraq savaşından ABŞ-ın deyil, İranın qalib
çıxdığı bildirilib.

Hesabat “İraq savaşında ABŞ Quru Qüvvələri: İşğal, üsyan və
vətəndaş müharibəsi: 2003-2006″ I cild və “İraq savaşında ABŞ Quru
Qüvvələri: Düşərgə və çəkilmə 2007-2011″ II cild başlıqları ilə
dərc edilib.

Sənəddə həmçinin, İraqın işğalı, ölkədə ortaya çıxan müqavimət
hərəkatı və ABŞ-ın ölkədən çəkilməsinə dair minlərlə gizli məlumat
da ilk dəfə ictimaiyyətə təqdim edilib. Sonda isə “Bu layihə
2018-ci ildə tamamlanarkən cəsarətlənmiş İran (İrqada) tək qalib
gəlmiş qüvvə kimi görünür” sözlərinə yer verilib.

Həmçinin qeyd edilib ki, İraq müharibəsi ABŞ-da ordu-siyasət
münasibətlərinə və Amerika xalqına böyük zərər verib. İraq
müharibəsi Amerika tarixində ən böyük qarşıdurma olmaq potensialına
malikdir. Müharibədən sonra isə Amerika siyasəti xarici
müdaxilələrə qarşı dərin bir şübhə içində tamamilə əks yerlərə
sovruldu.

Hesabatda ABŞ ordusunun İraqdan böyük dərslə qayıtdığı və bundan
sonra heç bir ölkəni böyük bir quru qüvvəsi ilə işğal etməyə cəhd
göstərməyəcəyinə diqqət çəkilib.

Beynəlxalq koalisiyanın üzvləri olan ölkələr ABŞ-a yetərincə
hərbi dəstək göstərmədiyindən İraqda koalisiya əməliyyatları
uğursuz alınıb. ABŞ-ın rəhbərlik etdiyi İraq ordusunun
təlimləndirilməsi cəhdləri isə kifayət etməyib. Bununla belə ABŞ
İraq ordusuna təhlükəsizliyi olduqca erkən zamanda təhvil verib.
Sənəddə qeyd edilən “Demokratiya hər zaman sabitlik gətirməz.
Amerikalı komandirlər 2005-ci il seçkilərinin sakitləşdirici təsiri
olduğuna inanırdılar. Ancaq bu seçkilər tam tərsini göstərdi və
etnik, məzhəb gərginliklərini artırdı” sözləri Amerikanın necə bir
peşmanlıq içində olduğunun bariz göstəricisidir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp