2 şəhid anasından əsl vətənpərvərlik dərsi: TÜKLƏRİNİZ BİZ-BİZ OLACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İnsanlığın başına gələn ən böyük bəlalardan biri, hətta
birincisi müharibədir.

Siyasi intriqalar, iqtisadi qarşıdurmalar və bu kimi
müxtəlif qlobal səbəblərdən Yer kürəsi düz iki dəfə ən böyük
müharibəyə ev sahibliyi edib.

Azərbaycan üçünsə müharibə tamam başqa bir anlayışdır.
Əsrlərdir tarixi köklərinə sidq ürəkdən sadiq qalan, kiçik bir
ənənəsinə belə xəyanət etməyən bu xalqın yaxşı niyyəti pis mənada
həmişə onun başında çatlayıb.

Müharibə dəhşətdir.

Müharibə ağrıdır.

Müharibə insanlığa xəyanətdir.

Müharibə itkidir.

Özü də bəzən bir yox, iki itkidir. Minlərlə itkiyə
bədəldir.

Müharibənin əziyyəti, ağrısı yaşandığı dövrdə bilinmir. Ancaq
sonrakı nəsil heç vaxt üzünü görmədikləri, ağrısını çəkmədikləri,
çətinliklərini duymadıqları müharibənin nəticələrini yaşamağa
məcbur olurlar. Buna “itirilmiş nəsil” deyilir. Yəni itirənlər,
əslində, müharibə iştirakçıları deyil. İtirənlər bizik…

O itirənlərdən biri də Lətifə Novruzovadır. İki şəhid anası…
Onun qarşı yatan qoşa dağları Murovdur. Onun and yeri Kəlbəcərdir.
Onun arzusu isə…

Çox şükür ki, o da minlərlə şəhid ailəsi kimi boynubükük
qalmayıb. Azərbaycan dişi ilə, dırnağı ilə onun övladlarının qanına
sahib çıxıb. Onun başını uca edib. Çox şükür ki, o, dövlətinin
qayğısını hər zaman hiss edir, etməkdədir.

Lətifə ananın həyat hekayəsini öz dilindən eşidin:

Hazırladı: Zümrüd Kərimova, Pərviz Həşimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp