13 xarici ölkədə layihə həyata keçirilib – QHT-lərə Dövlət Dəstəyi Şurası

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci ilin
yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.

Publika.az xəbər verir ki, konfransda Şura
Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi
qurumun 2018-ci ildəki fəaliyyəti barədə geniş təqdimatla çıxış
edib.

İcraçı direktor bildirib ki, ötən il həyata keçirilən 576 layihəni
uğurlu hesab etmək olar: “QHT-lər bu layihələr çərçivəsində 34 adda
kitab, 26 adda kitabça, 213 adda buklet, 212 adda digər çap
materialları (posterlər, təqvimlər və s.) nəşr edib. Həmçinin 35
televiziya verilişi, 20 sosial çarx, 34 film və 11 sayt
hazırlanıb.

Şuranın üç saytı fəaliyyət göstərir. Metodik dəstəyimiz, əsasən,
elektron qaydada həyata keçirilir”.

Fərasət Qurbanov bildirib ki, ötən il Şuraya 800-dən çox layihə
təklifi daxil olub, onlardan 576 təklif Şura tərəfindən dəstəklənib
və həmin layihələrə 4 milyon manata yaxın vəsait ayrılıb.

Şuranın 2018-ci illərdə keçirdiyi tədbirlər və konfranslar haqqında
məlumat verən icraçı direktor deyib ki, il ərzində 8 beynəlxalq
təşkilatın, səfirliyin nümayəndəsi qəbul olunub: “Bütövlükdə
Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində 90 minə yaxın
iştirakçı ayrı-ayrı tədbirlərdə və təlimlərdə iştirak edib. Şuranın
maliyyələşdirdiyi layihələr çərçivəsində 2 mindən çox şəxs əmək
haqqı alıb, onlardan 671 nəfəri layihənin əvvəlindən sonuna qədər
çalışıb”.

Fərasət Qurbanov qeyd edib ki, avadanlıqla bağlı təkliflər də
dəstəklənib, bu il 21 QHT kompüter və printer, 93 adda digər
avadanlıq əldə edib: “İl ərzində 2170 müxtəlif mövzulu tədbirlər
keçirilib. Bunlardan 491-i təlim, 1585-i tədbirdir, digər
tədbirlərin sayı isə 94 olub”.

Daha sonra yeni tətbiq olunacaq elektron üsulların siyahısı təqdim
edilib. Bildirilib ki, bu ildən 13 adda elektron xidmət tətbiq
olunacaq.

İcraçı direktor tətbiq olunacaq yeniliklərdən danışarkən deyib ki,
bu, Şura sədri Azay Quliyevin şəxsi təşəbbüsüdür, bu sahədə
şəffaflıq, ictimai məlumatlıq, obyektivlik və operativlik tam təmin
ediləcək: “Bu proqramlar vasitəsilə QHT-lər qrant müqaviləsi
bağlanması üçün bütün prosesləri elektron qaydada həyata
keçirəcəklər. Müqavilə bağlamaq üçün Şuraya gəlmək vaxtını da
özləri təyin edə biləcəklər”.

Konfransda layihələr üzrə ən yaxşı nümunələr təqdim olunub.

Qeyd olunub ki, 576 layihənin 486 Bakı, qalanı isə region
təşkilatlarına aiddir. Azərbaycanın 58 rayonunda, eyni zamanda 13
xarici ölkədə layihələr həyata keçirilib.

İlin sonunda 128 layihə əla, 35 layihə yaxşı, 90 layihə kafi, 23
layihə isə qeyri-kafi qiymətləndirilib.
Problemlər ötən illərlə eyni olub, ən böyük problem layihə isə
rəhbərlərinin müqaviləni oxumaması göstərilib.
Hesabatın müzakirəsi zamanı çıxış edən QHT rəhbərləri Şuranın
2018-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş
saydıqlarını deyiblər.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp