12 il öncə itirdiyi üzüyünü burnundan tapdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərə vətəndaşı Abiqail Tomsonun başına görülməmiş
hadisə gəlib.

Publika.az xəbər verir ki, Abiqail 12 il öncə
itirdiyi üzüyünü asqırdıqdan sonra tapıb.

O, 8 yaşında olarkən hədiyyə aldığı üzüyü bir neçə ay istifadə
etdikdən sonra itirib. Lakin asqırandan sonra üzük onun burnundan
yerə düşüb.

“Uşaq olanda dostlarım bizə tez-tez gəlirdi. Adətən yatağımda
otururduq. Buna görə də onlardan birinin üzüyü götürdüyünü
düşünürdüm. 100 il düşünsəm, üzüyün burnuma getdiyi ağlıma
gəlməzdi. Heç bir şey hiss etmirdim çünki”, – hadisə haqqında
danışan Abiqail deyib.

Gənc qızı müayinə edən doktor üzüyün burunun həssas olmayan
bölgəsinə ilişib qaldığı üçün Abiqailin bir narahatlıq hiss
etmədiyini deyib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp