Toxumçuluq və əkinçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycanda toxumçuluq və əkinçiliyin inkişaf
etdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramı
hazırlanır”.

Publika.az xəbər verir ki, bu sözləri kənd
təsərrüfatı naziri İnam Kərimov “Azərbaycan Respublikasının
Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı
zamanı deyib.

Nazir subsidiyaların verilməsi ilə bağlı yeni təkliflərin
hazlandığını deyib: “Bu təkliflərin içərisində sertifikatlı
toxumların alınması, təşviq edilməsi, bəzi hallarda məcburiyyət
sistemlərinin tapılması barədə məsələlər öz əksini tapıb. Qısa
müddət ərzində təkliflər hazırlanacaq və sahibkarlar bu prosesdə
yaxından iştirak edəcək. Həmçinin subsidiyaların verilməsi,
sertifikatlı toxumların alınmasının təşviq edilməsi ilə bağlı
təkliflər hazırlanır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp