Son 15 ildə Azərbaycanda 2 milyon yeni iş yeri yaradıldı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
yaradılıb. Əhalinin sayı isə 1,6 milyon artıb. Bu da çox gözəl
göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə
inkişaf edər.
Publika.az xəbər verir ki, bu fikirləri
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına
həsr olunan konfransda söyləyib.
“Əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki,
iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından
daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş
yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı
proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş
yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına
düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra
artım daha sürətli olacaq”, -deyə dövlətimizin başçısı qeyd
edib.