Rusiyanın dəhşətli PLANI, ərazilər QAYTARILARSA…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevral
ayında Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris razılaşması,
ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş nazirin görüşü
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiyanın
yarandığını göstərir. Ermənistanda “Daşnaksütyun” partiyası
hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə
çağırıb. 2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın
müdaxiləsi üzrə araşdırma sürətlə tamamlanır. Rusiya hərbçiləri
Türkiyənin xüsusi həssaslıq göstərdiyi Menbiç şəhərinin qərbində
patrul xidmətlərinə başlayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri –
Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan fevral ayında Münhen
beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.

Bu haqda Mnatsakanyan bildirib.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə
razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik”, – o
bildirib.

Xatırladaq ki, nazirlər arasında son görüş yanvarın 16-da
Fransanın paytaxtı Parisə görüşüb. Azərbaycan Xarici İşlər
Nazirliyindən verilən açıqlamaya görə, görüşdə növbəti ayda
danışıqları davam etdirməklə bağlı razılıq əldə olunub.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris
razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş
nazirin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni
situasiyanın yarandığını göstərir. Lakin Ermənistan daxilində bu
məsələ qarşıdurma mövzusuna çevrilib.
Ermənistan
rəhbərliyi və bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində
yaratdığı qondarma rejim arasında “ərazilərin qaytarılması
məsələsi” ilə bağlı fikir ayrılığı yaranıb.

Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti
Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə
çağırıb.
Daşnakların yeni sədri Armen Rustamyan
ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan edib.

Qarabağ müharibəsində iştirak edən və böyük praktik
təcrübəyə malik erməni kadr zabitləri ordudan
uzaqlaşdırılır.

Rusiya hərbçiləri Türkiyənin xüsusi həssaslıq
göstərdiyi Menbiç şəhərinin qərbində patrul xidmətlərinə
başlayıb.
“Hürriyət” qəzetinin məlumatına görə, Fərat
qalxanı bölgəsi ilə sərhəddə aparılan patrul xidmətinə Əsəd
qüvvələrinin də qoşulduğu bildirilir.

Rusların patrul xidməti apardığı ərazilər arasında strateji
baxımdan önəmli olan M4 magistralı da var. Bu yol Əl Babdan
keçməklə Hələbə qədər gedir.

İranı Suriyadan yalnız diplomatik yolla çıxara
bilərsiniz.
Bunu İsrail Hərbi Hava Qüvvələrinin
keçmiş komandanı Amir Eşel mətbuat konfransında bildirib. Onun
sözlərinə görə, bunu edə biləcək diplomatik cəhdin tək ünvanı
var.

Rusiya fevral ayında baş tutacaq Fələstin
probleminin həllinə dair toplantıya Həmas qruplaşmasını da dəvət
edib.
Bu barədə hərəkat tərəfindən yazılı açıqlama
yayılıb.

Açıqlamada dəvətin Rusiya Şərq Araşdırmaları İnstitutundan
gəldiyi də qeyd olunub. Hərəkat bildirib ki, Fələstinin
parçalanması probleminin sona çatması üçün bu fürsət
dəyərləndiriləcək.

Qeyd edək ki, Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl
şənbə günü verdiyi informasiyada 11 fevral tarixində Moskvada
Fələstin qruplarının iştirakı ilə toplantı keçiriləcəyini
demişdi.

Toplantıda Fəth, Fələstin Xalq Qurtuluş cəbhəsi, Fələstin
Demokratik Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Birliyi,
Fələstin Xalq Mübarizəsi Cəbhəsi və Fələstin Milli Təşəbbüs
Hərəkatı iştirak edəcək.

Rusiyaya hücumun istənilən ssenarisi halında,
təcavüzkar tamamilə məhv ediləcək.
Belə fikirlə
“Ulduz” həftəliyində “Vətənin arsenalı” jurnalının hərbi eksperti
Aleksey Leonkov çıxış edib.

2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın
müdaxiləsi üzrə araşdırma sürətlə tamamlanır.
Bu
haqda ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Metyu Uitaker
bildirib.

Məmurun sözlərinə görə, araşdırma tezliklə başa çatacaq.
Seçkilərə Rusiya müdaxiləsi üzrə araşdırmanı xüsusi prokuror Robert
Müller aparır.

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq
Demopkratik Respublikasının (KXDR) Kim Çen In fevralın sonunda
Vyetnamın Dananq şəhərinə görüşəcək.
Tərəflər
fevralın sonunda ikinci Amerika-KXDR sammitinin keçirilməsi üzrə
razılığa gəliblər.

Nəşrə bu haqda sammitə hazırlığın gedişi ilə tanış olan mənbələr
bildiriblər.

Qeyd edək ki, dövlət liderlərinin birinci görüşü ötən ilin
iyunda Sinqapurda keçirilib. Tərəflər Koreya yarımadasının
denuklearizasiyası və qərb koalisiyası tərəfindən Pxenyana təzyiqin
azaldılması barədə razılaşıblar.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp