Prezidentdən VACİB MESAJ: hər kəs bilməlidir ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Şəhid ailələri, şəhid doğmaları mübarək insanlardır.
Mən hər zaman onlara belə müraciət edirəm. O mübarək insanların
özlərinin dövlət başçımıza münasibəti dövlətimizin vətəndaşlarına
qarşı qayğısının bariz nümunəsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ
Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli
deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi
əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan
edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19
aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
imzaladığı fərmana öz münasibətini bildirən C.Əzimbəyli qeyd edib
ki, dövlətin vətəndaşlarına hər sahədə qayğısının şahididir:

“Prezident İlham Əliyev şəxsən özü və Vitse-prezident Mehriban
Əliyeva daim şəhid ailələrinə, onların sosial problemlərinin
həllinə dair zəruri addımların atılmasına xüsusi diqqət yetirirlər.
İlham Əliyevin dünən şəhid ailələri ilə keçirdiyi görüşünü böyük
sevinclə qarşıladım. Şəhid ailələrinə, Qarabağ qazilərinə
göstərilən qayğının daim şahidi olmuşam. Bu görüş çox səmimi keçdi.
Ölkə başçısının şəhid ailələrinə qəlbindən gələn səmimiyyətlə
davranması əlavə bir mesaj oldu ki, Azərbaycan torpaqlarının
işğaldan azad olunması üçün yeridilən beynəlxalq və yerli siyasətlə
yanaşı, Prezident Vətən, dövlət, bayraq, şəhadət adına mücadilə
verən insanlara da diqqətini əksik etmir. Şəxsən həmin insanlarla
təmasda olduğuma görə əminliklə deyə bilərəm ki, bu gün
Azərbaycanda minlərlə insan torpaqlarımızın işğaldan azad olunması
üçün canını fəda etməyə hazırdır. Prezidentimizin həmin insanlara
da mesajı vardı. O, şəxsən şəhid ailələri və vətən adına mübarizə
aparan insanların hər zaman yanında olduğunu göstərdi.

Onlar – şəhid ailələri müqəddəs şəhadət yolçularının mübarək
doğmalarıdır. Fikrimcə, ölkə başçısının məhz şəhidlərin bu mübarək
ailələrinə, doğmalarına ehtiramı və qayğısı hər kəsə nümunə
olmalıdır”.

C.Əzimbəyli bildirib ki, bu görüş eyni zamanda şəhid və qazi
adından sui-istifadə etmək istəyənlərə və onların sosial
problemlərinin həddən artıq çox olduğunu, dövlətin onlara qayğı
göstərmədiyini tirajlamaq istəyənlərə də bir mesajdır: “Yuxarıda
qeyd etdiyim kimi, dövlət başçısı bir daha göstərdi ki, şəhid
ailələri, aztəminatlı şəxslər kimsəsiz deyil, onların arxasında
Azərbaycan Prezidenti var və onların bütün qayğılarına həssassıqla
yanaşır. Son görüşdə və dünən imzalanan fərmanla bir daha şahidlik
etdik ki, vətəni uğrunda canını fəda edən şəxslər, şəhid ailələri,
Qarabağ qaziləri heç zaman Prezidentin diqqətindən kənarda
qalmayacaq və daim Onun qayğısını öz üzərlərində hiss
edəcəklər”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp