Prezidentdən MÜHÜM TAPŞIRIQ – Vətəndaşlarla bağlı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar
üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara
xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq
lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas
vəzifəmiz xalqa xidmət etməkdir.
Publika.az xəbər verir ki, bu fikirləri
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına
həsr olunan konfransda qeyd edib.
Prezident vurğulayıb ki, yerli icra orqanları diqqətli
olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri
özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident
Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri
operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və
əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan
qaldırılmalıdır.
“Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət
Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində
formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla
söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki
vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox
layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona
görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu
gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna
imkanımız da, iradəmiz də var”, – deyə dövlətimizin başçısı
bildirib.