“Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Nar” bölgələrdə yaşayan sakinlərin rahatlığını və
onlara göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə
mağazalarının sayını artırmaqdadır. Mobil operator növbəti rəsmi və
yeni konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib. Müasir
avadanlıqlarla təchiz edilmiş mağaza Zərdab rayonu, Azərbaycan
prospektində yerləşir. Özünün müştəri yönümlülük və davamlı
təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif
təkliflərlə müştərilərinə xidmət göstərəcək. Mağazada müştərilərə
nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi,
satışı, internet paketlərinin alışı, telefonların satışı ilə
yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli
müştəri xidmətləri göstəriləcək.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və
30-da hər bir müştəriyə “Nar” nömrə hədiyyə ediləcək. Bundan başqa,
telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək.

Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına
xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə
yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar”
xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və
abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq
imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə
hər kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün
yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb.

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı
məlumatı nar.az/map internet səhifəsindən
öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə
fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər
istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə
2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli
testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları
test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər
üzrə müştəri təcrübəsinə əsaslanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp