Messi mövsümün ən yaxşısı seçildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi “El
Mundo Deportivo” idman qəzetinin təşkil etdiyi 71-ci “Qrand qala”
gecəsində 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu
seçilib.

Publika.az xəbər verir ki, tədbirdə
“Barselona”nın prezidenti Xosep Bartomeu, eləcə də İvan Rakitiç,
Samuel Umtiti, Andres İniesta, qadın futbolçulardan Klaudi Pina və
basketbolçu Xuan Karlos Navarro iştirak ediblər.

2017-2018-ci il mövsümündə “Barselona”nın heyətində növbəti dəfə
İspaniya çempionu olan Leo La Liqada 34 qol vuraraq karyerasında
beşinci dəfə “Qızıl buts” mükafatına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp