İranı Suriyadan yalnız bu ölkə çıxara bilər – İsraildən ETİRAF

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İranı Suriyadan yalnız diplomatik yolla çıxara
bilərsiniz. Bunu edə biləcək diplomatik cəhdin tək ünvanı var, o da
Rusiyadır.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin keçmiş
komandanı Amir Eşel mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, heç bir hərbi hərəkət İranı Suriyadan
çıxarmağa kifayət etməyəcək. Amir Eşel qeyd edib ki, mövcud şərtlər
altında tək alternativ ABŞ-ın dünya miqyasında hərəkətə keçməsidir.
Lakin keçmiş komandanın fikrincə, ABŞ-ın bu addımı atması az qala
qeyri-mümkündür.

Qeyd edək ki, Amir Eşelin ötən gün bu qiymətləndirmələri etdiyi
saatlarda Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi
nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya xarici işlər naziri
müavini Sergey Verşinin İsrailə gəlib. İsrail mətbuatı, Lavrentyev
və Verşinin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə
görüşəcəyini yazıb. Görüşdə İranın Suriyadakı varlığının müzakirə
ediləcəyi bildirilir.

Xatırladaq ki, ötən həftə İsrail Suriyada Bəşər Əsəd rejimini
dəstəkləyən İran güclərini hədəf aldı. Rusiya hücumda 4 suriyalı
əsgərin, İsrail mətbuatı isə 12 iranlı əsgərin öldürüldüyünü
açıqlayıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp