İlham Əliyevin xalqa xidmət nümunəsi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin
mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar,
reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının
daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə
təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət
yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu
görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın
xüsusi olaraq nəzarətindədir. Elə bunun nəticəsidir ki, indiyə
qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144
avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmiçinin bu
kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi
planlaşdırılır”.

Bu barədə Publika.az-a açıqlamasında YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Prezident
Sarayında şəhid ailələri ilə görüşü onlara olan diqqət və qayğının
bariz nümunəsidir: “Görüşdə çıxış edən möhtərəm Prezidentimizin
bəyan etdiyi “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük
şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə
xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”
fikirlər xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin
başçısı bununla bir daha hər biz azərbaycanlının Prezidenti
olduğunu sübut etdi, şəhid ailələri və bu kateqoriyadan olan
insanlar daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Hesab
edirəm ki, bu amil xalq-iqtidar, xalq-Prezident birliyini daha da
möhkəmləndirir, onu daha güclü və sarsılmaz edir”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə
Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı
növbəti Sərəncamı bu kateqoriyadan olan insanlar, eyni zamanda,
xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandı:
“Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və
konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin
və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə
bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı.
Doğrudan da böyük diqqətdir, qayğıdır. Düşünmürəm ki, dünyanın
hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun.
Hesab edirəm ki, möhtərəm Prezidentimizin atdığı növbəti humanist
addımlar Onun xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir,
dünyaya əsl dövlət başçısı nümunəsini göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp