“Hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı
göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar
üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara
xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq
lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas
vəzifəmiz xalqa xidmət etməkdir”.

Publika.az xəbər verir ki, bunu Prezident İlham
Əliyevyanvarın 29-da “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı
deyib.

“Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll
etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə,
mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat
verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz
problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar
tamamilə aradan qaldırılmalıdır”, – deyə dövlət başçısı əlavə
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp