Ermənistanda aclıqdan ölən siyasi məhbus, Azərbaycana böhtan atan Avropa

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Avropa
Parlamentinə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə qurumun
ədalətsiz siyasətinə etiraz edilir: “Ermənistanın Nubaraşen
təcridxanasında saxlanılan sayt rəhbəri və “Erməni qartalları:
Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mqer
Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra ölüb. Xatırladaq ki,
bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib
və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına
başlayıb”.

Qeyd olunub ki, Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal
sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbçilər həbs
olunub: “Ölkənin keçmiş prezidenti Robert Koçaryan hazırda
həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti kimi
qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri,
insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən
hadisəni sükutla qarşılamamalıdır.

Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvarın 17-də təcili
qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı qətnamə
qəbul etmişdi. Orada Mehman Hüseynovun guya aclıq elan etdiyinə, bu
şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə
olunurdu. Halbuki bu iddiaların heç biri tam təsdiqini tapmadı və
Mehman Hüseynova qarşı heç bir yeni ittiham irəli sürülmədi.
Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll
olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan
dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi”.

Bildirilir ki, bu gün Azərbaycan ictimaiyyəti, vətəndaş
cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla
bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə
Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir: “Əks
halda Azərbaycan xalqı Avropa Parlamentini qərəzli, demokratik
prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəaliyyət göstərən
bir qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi
məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir.
Sizə sual edirik: Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə
ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran
Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə
görməzdən gəlir?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp