Dövlət qurumlarında aparılan struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son illərdə bir çox müəssisələr yaradılır və orada iş
yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş
yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil
ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir,
elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar
insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla
hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş
yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl
sektorda.

Publika.az xəbər verir ki, bu sözləri Prezident
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan
konfransda bildirib.

“Dövlət qurumlarında aparılan struktur islahatları, – bütün
dövlət qurumlarına artıq bildirilib, – iş yerlərinin ixtisarına
gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq,
idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət
müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl
sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər
dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm,
bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri
yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”,
– deyə dövlətimizin başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp