Bu sahədə vergidən yayınmalar kütləvi hal alıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2017-ci illə müqayisədə 2018-ci ildə səyyar yoxlamaların
sayı 3 dəfə azalıb. Ümumilikdə bu yoxlamaların sayı 1500-dən çox
olmayıb.

Publika.az xəbər verir ki, bu sözləri Vergilər
nazirinin müavini Sahib Ələkbərov “Azərbaycan Respublikasının
Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı
zamanı deyib.

Nazir müavini bildirib ki, yalnız aksizli mallarla bağlı
yoxlamalar artıb: “Çünki bu sahədə vergidən yayınma halları kütləvi
hal alıb, həmçinin şikayətlər də artıb. Avqust ayından bu
məhsulların yoxlanılması üçün 30-a yaxın post qurmuşuq. Bu sahədə
nizam-intizam yaratmayana qədər proses davam edəcək. Çünki bəzi
sahibkarlar qaimə faktura vermədən, sənədləşmə aparmadan vergidən
yayınanlar var. Verginin yoxlanılması üçün 30 gün vaxtımız olur, 15
gün əvvəldən bu məlumatı Ədliyyə Nazirliyinin reysterinə salırıq.
Bəzi sahibkarlar isə müəssisəsində yoxlama aparmağımız üçün
vaxtının olmadığını deyir, bəziləri xaricə gedir. Belə olsa, bizim
iqtisadiyyatımız irəliləməyəcək. Bunları nəzərə alaraq biz
yoxlamalarla bağlı yeniliklər tətbiq etdik. Nazirlik normal
fəaliyyət göstərən sahibkarın yanındadır. Elektron qaydada faktura
tətbiq etməyənlərin sonu yoxdur”.

Nazir vergi yoxlamalarında hər bir sahə üzrə mütəxəssislərin
prosesdə iştirak etməsində maraqlı olduqlarını deyib: “Çox istərdim
ki, yoxlanılan sahədə mütəxəssislər olsun. Lakin işçilərimizin sayı
o qədər çox deyil ki, bütün sahələr üzrə bacarıqlı əməkdaşlarımız
olsun”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp