Bu məhsulların ekspertizası dövlətə qazanc gətirmir – Qoşqar Təhməzli

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Məhsulların laboratoriyada yoxlanılması zamanı tələb
olunan dövlət rüsumunun yüksək olması fikri ilə razılaşmıram. Çünki
dövlət rüsumu yoxlama zamanı istifadə edilən inqridientlərin
dəyərinə uyğun hesablanır”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Azərbaycan
Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi
İnkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş
konfransda çıxışı zamanı deyib.

Q.Təhməzli bildirib ki, agentlik yaradılana qədər aqrokimyəvi
preparatların ekspertizası 10 manata həyata keçirilirdi. Lakin bir
pestisidin ekspertizası üçün toksikoloji analizlərin maya dəyəri
170 manata başa gəlir:

“Hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc
məqsədilə həyata keçirilmir. Bu ekspertizanın aparılması üçün
miniumum reaktivlərin maya dəyəri hesablanır. Sahibkarlar üçün
təklif edilən rəqəmlər maya dəyərindən çox aşağıdır ki, qalan
xərcləri dövlət özü təmin edir. Sahibkarlarımız qonşu ölkələrdə
həmin ekspertizaların qiymətinin qat-qat baha olduğunu nəzərə
almalıdır. Pambıq tarlasında zəhərlənmə zamanı pambıq, su və
aqrokimyəvi preparatların ekspertizası üçün dövlət 100 minlərlə
vəsait sərf etdi”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp